"Azərbaycanda hələ 100 il əvvəl qadınlara səsvermə hüquqnnun verilməsi təkcə Şərq tarixində deyil, o cümlədən Avropa üçün də əlamətdar hadisə idi. Bu, ölkəmizin demokratik dyərlərə, humanizm prinsiplərinə sadiqliyinin göstəricisidir". Bu fikir, Avropa Şurasında, ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirildi. Avropa Şurası Parlament Assambleyasında mövzu ilə bağlı təşkil edilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yol, atdığı addımlar haqıında məlumat verildi. Bildirildi ki, Azərbaycanda hələ bir əsr bundan əvvəl cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlarla təmin edilib.

Hazırda ölkəmizdə qadınların işlə təmin edilməsi, sosial həyata inteqrasiyası, erkən nikahlara qarşı mübarizə kimi mövzularda həyata keçirdiyi tədbirlər ətrafında da müzakirələr aparıldı. O da vurğulandı ki, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı yüzminlərlə Azərbaycanlı qadının hüquqlarını kobud şəkildə pozub.

 

Elzar Ağayev

Azərbaycan Televiziyasının Qərbi Avropa bürosu

Strasburq, Fransa